• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Prezident İlham Əliyev: “Türkiyə gücləndikcə Azərbaycan da güclənir”

http://apa.az/upload/images/news/2017/july/10/big/lham-eliyev.jpg

Prezident İlham Əliyev İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və 22-ci Dünya Neft Konqresində iştirak edən digər ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
“Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam. Fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına sülh, rifah, tərəqqi arzulayıram”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı Türkiyənin bu gün dünya miqyasında böyük güc, dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malik olduğunu qeyd edib.

"Bütün bu uğurlar qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi altında əldə edilib. Bu gün Türkiyə sürətlə inkişaf edir, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə şərəfli bir yol keçib. Bugünkü toplantı da bunun təzahürüdür. Türkiyə gücləndikcə Azərbaycan da güclənir, sevinir. Fürsətdən istifadə edərək, Türkiyə xalqına Azərbaycandan bacı və qardaşlarının salamlarını çatdırıram”, - deyə İlham Əliyev vurğulayıb.
“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır, əməkdaşlıq çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı bir çox önəmli, strateji layihələrin icrasına imkan verib”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, bu layihələrin içərisində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və TANAP layihəsi qeyd edilməlidir: “Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Azərbaycan qədim neft diyarıdır. Əslində biz hesab edirik ki, Azərbaycan neftin vətənidir. Çünki dünyada sənaye üsulü ilə neft ilk dəfə Azərbaycanda - 1846-cı ildə Bakıda çıxarılıb. Ondan bir əsr sonra, 20-ci əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft Xəzərin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Ancaq o vaxt Azərbaycan müstəqil deyildi və biz təbii sərvətlərimizdən tam istifadə edə billmirdik. Müstəqillik illərində Azərbaycan xalqı öz taleyinin, sərvətlərinin sahibi oldu və müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halına xidmət etməyə başladı. Müstəqilliyimizin ilk illərində, 1994-cü ildə Azərbaycan ilk dəfə Xəzər dənizini xarici sərmayədarların üzünə açdı. 1994-cü ildən Azərbaycanın neft sənayesinə böyük sərmayələr qoyulmağa başlanıb. 1994-cü il həm də ona görə əlamətdardır ki, həmin il “Əsrin müqaviləsi” imzalanıb və bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doldurulmasında əsas rol oynayır”.
"Dünya miqyasında ən böyük qaz yataqlarından biri olan və Azərbaycana məxsus "Şahdəniz" 1-1,2 trln. kubmetr ehtiyata malikdir". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, yataq bu gün "Cənub Qaz Dəhlizi" layihəsinin resurs bazasının əsasını təşkil edir. Prezidentin sözlərinə görə, bu gün Azərbaycan neft-qaz hasil və ixrac edən ölkəyə çevrilib.

"Azərbaycan dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi, çünki dünya bazarlarına birbaşa çıxışı yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilib. Ondan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. Beləliklə, Azərbaycanın təbii ehtiyatlarını dünya bazarına çıxarmaq üçün kifayət qədər böyük şəbəkə yaradılıb. 2006-cı ildə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında qardaşım Rəcəb Tayyib Ərdoğanla bir yerdə iştirak edirdik. O vaxt da biz gələcək planlar barədə düşünür, fikir mübadiləsi aparırdıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız reallığa çevrildi. Bu gün "Cənub Qaz Dəhlizi" kimi nəhəng layihənin üzərində çalışırıq. Onun da təməli İstanbulda qoyulub. 2012-ci ildə qardaşım Ərdoğanla TANAP layihəsi barədə anlaşma imzaladıq. TANAP layihəsi "Cənub Qaz Dəhlizi" layihəsinin özəyidir. Bu gün "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir", - deyə ölkə başçısı qeyd edib.

Prezident nəzərə çatdırıb ki, "Cənub Qaz Dəhlizi" layihəsi 4 komponentdən ibarətdir: "Birinci hissə "Şahdəniz" qaz yatağıdır. "Şahdəniz-2" layihəsinin icrası 93%-ə çatıb, yaxın aylarda isə tam başa çatacaq. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz Boru Kəməridir. Burada da işlər 87% səviyyədə tamamlanıb. Üçüncü, ən əsas olan TANAP-da tamamlanma səviyyəsi 77%-dir. Gələn il bu layihəni istismara verməyi planlaşdırırıq. Nəhayət, dördüncü hissə TAP layihəsidir ki, burada da icra səviyyəsi 44% səviyyəsindədir. "Cənub Qaz Dəhlizi"nin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, artıq bu sərmayənin böyük hissəsi qoyulub".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trln. kubmetrdir: "Gələcək on illiklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək. "Cənub Qaz Dəhlizi"nin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. 3 Balkan ölkəsi də gələcəkdə bu layihəyə qoşula bilər. Gələcəkdə bu layihənin coğrafiyasını genişləndirəcəyik, çünki bu layihə hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Layihənin icrası göstərir ki, burada iştirak edən bütün şirkətlər və ölkələr qazanc əldə edir. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçı ölkə - Azərbaycan, həm tranzit, həm də istehlakçı ölkələr burada ortaq maraqlar əsasında çalışır. Məhz maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Texniki, iqtisadi, maliyyə, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra ediləcək, Azərbaycan bundan sonra uzun illər həm bölgə, həm də Avropa ölkələrini qazla təmin edəcək. Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməkdədir. Eyni zamanda Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Çünki bütün qalan qaz mənbələri fəaliyyətdədir. Yeni mənbə yeni xətlə Avropa bazarlarına çıxarılacaq. Bu da enerji şaxələndirilməsi istiqamətində ciddi addımdır".
“Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birgə icra etdiyimiz layihələr bir çox ölkənin enerji balansını və enerji təhlükəsizliyini təmin edəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan bu məsuliyyəti öz üzərinə götürüb: “Ümid edirəm ki, biz yaxşı nəticələr göstəririk. Bu konqresdə neft və qaz məsələləri diqqət mərkəzindədir. Bir məsələyə də toxunmaq istəyirəm. Adətən, neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, bundan istifadə edə bilərdik. Amma neft fayda da gətirə, baş ağrısı da yarada bilər. Bu, neftdən necə istifadə edildiyinə baxır. Biz Azərbaycanda çalışırdıq ki, "qara qızılı" insan kapitalına çevirək. Hesab edirəm ki, buna nail olduq. Biz neftdən əldə edilən gəlirləri şəffaf şəkildə Neft Fondunda toplayırıq. Azərbaycan Dövlət Neft Fondu dünyada ən şəffaf neft fondlarından biridir, BMT-nin də mükafatına layiq görülüb. Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə çatdırılır. İkinci, neft gəlirləri düzgün istifadə olunmalıdır. Biz bu gəlirləri ilk növbədə infrastruktur layihələrə yönəltdik. Bu gün tikdirdiyimiz onlarla elektrik stansiyalarının istehsal etdiyi enerjini ixrac edirik.

Məktəb, xəstəxana tikintisinə diqqət yönəltdik, yoxsulluqla ciddi mübarizə apardıq.

Neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu və işsizliyi aşağı səviyyəyə - 5-6 faizə saldıq. Yəni, atılan addımlar nefti həm faydaya çevirə, həm də ölkələr neftin yaratdığı problemlərlə üzləşə bilər. Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə böyük həcmdə sərmayələr qoyulur. Biz də öz növbəmizdə xarici ölkələrə sərmayə qoyuruq. İlk növbədə Türkiyəyə, Türkiyənin enerji sektoruna 10 milyard dollar sərmayə qoyulub. Növbəti illərdə bu rəqəm iki dəfə artacaq”.

Prezident İlham Əliyev nəzərə çatdırıb ki, bu gün enerji təhlükəsizliyi deyəndə Azərbaycanın icra etdiyi layihələr yada düşür: “Bir daha deyirəm ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini təmin etmir. Bunun bütövlükdə bölgənin gələcəyinə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik gətirir, yeni iş yerləri yaradılır, təhlükəsizlik tədbirlərini gücləndirilir, geniş əməkdaşlığa qapılar açılır”.
Oxunma sayı:34

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası