Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yeni aqrobağlar SALINACAQ

  117
11:35 18-05-2018
Şriftin ölçüsünü dəyiş  

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2018-ci ilin 4 ayı ərzində 35 hektarda 16500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb”.

 

Paralel.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Azəryaşlandşaft” ASC-nin sədri Ramik Əşrəfov deyib. O bildirib ki, əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilib.

 

“2018-2021 ci 1610 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulur. Hazırda tinglik sahələrində 2535870 ədəd müxtəlif cinsli tinglər mövcuddur. 2018-ci ilin payızında isə 921000 ədəd meyvə tinglərinin yetişdirilməsin nəzərdə tutulub”.

 

Sədrin sözlərinə görə, 2008-ci ildən bu günədək respublikanın magistral avtomobil yollarının ətrafında 4443 hektar ərazidə 5439580 ədəd müxtəlif cinsi ağaclar əkilib.


Yazarlar