Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ermənistanda Baş prokurorun istefası tələb olunur

  102
11:15 18-05-2018
Şriftin ölçüsünü dəyiş  

Ermənistanın paytaxtı Yerevanda Baş prokurorun istefası tələbi ilə mitinq keçirilib.

 

Paralel.az “TASS” agentliyinə istinadən xəbər verir ki, etirazçılar Baş Prokurorun əvvəlki hakimiyyətlə mübarizə aparan şəxslərə qarşı saxta dəlillərlə iş aparıb.

 

100 nəfər yaxın etirazçılar Baş Prokurorluğun önünə yığışaraq Artur Davtyanın istefasını istəyiblər.

Prokurorluğun binası qarşısına həmçinin “Sasna Tsrer” terror qruplaşmasının üzvləri də yığılıb.

 

Xatırladaq ki, onlar 2016-cı ildə polis idarəsini ələ keçirərək Serj Sarkisyanın istefaya getməsini tələb ediblər.

 

Qeyd edək ki, baş nazir Nikol Paşinyan baş prokuror Artur Davtyanın istefası tələbinə baxacağını və bu barədə öz mövqeyini bildirəcəyini bəyan edib.

 

Əvəz ZEYNALOV


Yazarlar