Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Disk yırtığının 15 dəqiqəyə müalicəsi - MÜSAHİBƏ

  141
10:05 18-05-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün ağrıya-ağrıya əli belində, ikiqat olub  yeriyən yaşlılarla yanaşı, belə gənclərə də tez-tez  rast gəlmək olar. El arasında “qrija” dediyimiz fəqərə arası disk yırıtığından gileylənələrin sayı günbəgün artır.  Cavanlı-qocalı hamı, çox vaxt itirmədən bu xəstəlikdən qurtarmaq istəyir. Neyrocərrah Əliosman Qədimbəyli problemin həqiqətən kəskinləşdiyini deyir.

 

Onun Modern.az saytına verdiyi müsahibəsini təqdim edirik.

 

- Disk yırtığı xəstəliyi artmağa başlayıb. Hətta gənclər arasında da bu xəstəlikdən şikayətlənənlər var. Bunun səbəbi nədir?

 

- El arasında “qrija” deyilən fəqərə arası disk yırtığı nəinki Azərbaycanda, hətta bütün dünyada durmadan artmadadır. Əvvəllər boyun fəqərəarası disk yırtığı dedikdə qarşılaşacağımız xəstənin 45-50 yaşda olurdusa, artıq bu yaş həddi ciddi bir şəkildə cavanlaşıb. Yəni artıq 15 yaşlı bir məktəbli belə bel “qrija”sından əziyyət çəkir. Uşaqlar arasında bu xəstəliyin artması bizi həqiqətən də narahat etməli və düşündürməldir.   

XXI əsrdir, yüksək texnologiya dövrüdür, inkişaf pik nöqtəsinə çatıb, amma bu inkişafın insan orqanizminə mənfi təsirləri də az deyil. Gənclərin, yeniyetmələrin saatlarla kompüter arxasında olması, ümumilikdə oturaq həyat şəraitinin çoxluğu, düzgün qidalanmama,  yaxud həddindən artıq ağır işlə məşğul olmaq, lazımi idmanlarla, üzgüçülüklə məşğul olmamaq disk yırtıqlarının əsas yaranma səbəblərindən hesab olunur. 

Disk yırtığının müalicəsində bəzən yalnışlıqlara yol verilir. Cərrahi əməliyyat tələb edən hallarda dərman müalicəsi və ya türkəçarələrə üstünlük verilir ki ,bu da cox vaxt xəstələrin gecikdirilməsinə və ağırlaşmasına səbəb olur.

 

- Bel fəqərəsi disk yırtığının əlamətləri haqqında nə deyərdiniz?

 

- Bel fəqərəsi disk yırtığı olan xəstələr ən çox bel, ayaq, bud və baldır ağrılarından gileylənirlər, ayaqlarında uyuşma və keyləşmə, göynəmədən şikayət edirlər, yerişləri çətinləşir. Eyni zamanda bu xəstələrin ayaqlarında – baldır əzələlərində qıcolmalar müşahidə edilir. Eləcə də getdikcə ayaqlarda zəiflik yaranır, yəni ayaq əzələlərinin parezi müşahidə edilirvə yaxud da iflici yaranır, sidik ifrazı pozulur. Xəstə yerişini itirərək əlil arabasına düşür.

 

- Hansı növ müalicə taktikaları var?

 

 

- Bel fəqərəsi disk yırtıqlarında əsasən bir neçə müalicə taktikası var. Dərman müalicəsi, fizioterapiya və mikro cərrahiyələr. 50-60% xəstə , əgər ayağında hər hansı zəifləmə yoxdursa, o xəstələr fizioterapiya, dərman və lazer terapiyası ilə sağala bilir. Amma  son məqamda  müalicələr effekt vermədikdə cərrahi əməliyyat edilir.  Son illər biz bel fəqərəsi disk yırtığının aradan qaldırılması üçün mikrocərrhiyə edirik.

 

- Mikrocərrahiyyənin digər əməliyyatlardan  üstünlüyü nədir?

 

- Bu gün mikrocərrahiyə  Avropa, Amerikada, ümumilikdə dünyada geniş yayılan ən son, müasir cərrahi metoddur, özü də 15-20 dəqiqəlik vaxt aparan əməliyyatdır. Balaca bir məsafədən daxil olunur və prosses tam ağrısız, qansız şəkildə nəticələnir. Əməliyyat narkozsuz icra olunur və xəstə 6 saat sonra öz normal həyatına qayıdır. Bu əməliyyatdan sonra xəstənin əlil və ya iflic olmaq şansı yoxdur. Buna görə də bu tipli xəstələr qısa zamanda normal iş və həyat rejiminə dönür. Bu gün pasientlər müasir mikrocərrahiyə, yəni 15 dəqiqəlik cərrahiyələrə üstünlük verirlər. Bir maraqlı fakt da deyim. Son illər Gürcüstan, Rusiya, Özbəkistan, İrandan pasientlər gəlir. Əməliyyatdan sonra qısa bir müddət ərzində təyyarəyə minib öz ölkələrinə geri dönə bilirlər. Bu da təbii ki, bizi çox sevindirir. Demək  Azərbaycan tibbi bir çox ölkələrdən uğurludur və xarici ölkələrdən bizə müraciət edirlər.


Yazarlar