Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanlı musiqiçi Rusiyada  saxlanıldı

  107
22:20 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

Mayın 17-də Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı musiqiçi Ruslan Danilevski saxlanılıb.

Musiqiçinin rəfiqəsi səhər 06.00 radələrində polis əməkdaşlarının ona yaxınlaşdığını və sənədlərini göstərməsini tələb etdiklərini bildirib.

Üzərində pasport olmadığı üçün polis əməkdaşları onu şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə 28-ci polis bölməsinə aparıb.

Bölmədə məlum olub ki, Danilevskinin ümumiyyətlə pasportu yoxdur.

“O pasportun alınması üçün ərizə verib.Yaşı az olanda, anası onunla Azərbaycandan bura köçüb və sənədlərinin hazırlanması ilə məşğul olmayıb”, -deyə musiqiçinin rəfiqəsi bildirib.

Onun sözlərinə görə,Danilevski  bu yaxınlarda səfirliyə sənədlərini təqdim edib və pasport alması üçün bircə rüsumu ödəmək qalıb.

Hazırda polis şöbəsində saxlanılan Danilevskinin Azərbaycana deportasiya olunacağı gözlənilir. Saxlanılması ilə əlaqədar musiqiçinin cümə gününə planlaşdırdığı konsert təxirə salınıb.


Yazarlar