Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yapon alimlərinin AXC ilə bağlı əsərləri VAR

  128
12:15 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

Dövlət başçısı bunu yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.  Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.

 

Artıq  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə çox qısa zaman qalıb. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən də geniş qeyd ediləcək.

 

Yaponiyada yaşayan həmyerlimiz, “Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası”nın sədri Əlibəy Məmmədov Modern.az saytına açıqlamasında AXC-nin 100 illiyi ilə bağlı həmin ölkədə görüləcək işlərdən danışıb:

 

“Bilirsiniz, Yaponiyada azərbaycanlıların sayı az olduğuna görə,  Avropa, o cümlədən digər ölkələrdə olduğu kimi 50-100 nəfər yığıb yürüş təşkil etmək mümkün deyil. Bu, fiziki cəhətdən çətindir. Ona görə  AXC-nin 100 illiyi ilə bağlı daha çox kitablarda, qəzetlərdə elmi yazılar veririk. Eyni zamanda  iyul ayında mənim Yaponiyada kitabım çap olunacaq. Bu kitab Azərbaycanla bağlıdır və orada da Cümhuriyyətin 100 illiyi ilə əlaqəli məlumatlar öz əksini tapacaq. Kitab 5000 tirajla çap olunub, Yaponiyada satışa veriləcək”.

 

Ə.Məmmədov qeyd edib ki, yaponiyalı alimlərin də AXC ilə bağlı müəyyən əsərləri, kitabları mövcuddur:

 

“Yaponiya elm dünyasında hökumət siyasətçilərinin də dəyər verdiyi, sözünü dinlədiyi  profesional, peşəkar professorlar, elm adamları var. Onların AXC, eyni zamanda Məhəmməd Əmin Rəsulzadə ilə bağlı kifayət qədər məşhur, elmi əsərləri çap olunub. Hətta Rəsulzadənin kitabını osmanlı türkcəsindən yapon dilinə tərcümə edən yaponiyalı belə var.

 

Həmçinin “Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası” bacardığı qədər bu istiqamətdə  müəyyən işlər görür.

 

Məsələn, mart ayında Orta Asiya Araşdırmalar Mərkəzində AXC-nin 100 illiyi, o cümlədən Məhəmməd Əmin Rəsulzadə ilə bağlı bizim çıxışlarımız oldu”.

 

 


Yazarlar