Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Alpinistlərin meyiti ailələrinə verildi  

  136
09:55 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan və geri qayıtmayan alpinistlərin meyiti ailələrinə təhvil verilib.

Bu barədə Paralel.az-a həlak olmuş alpinist Fəridə Cəbrayılzadənin anası Əsmayə Cəbrayılova məlumat verib.

 

Qəhərdən danışmaqda çətinlik çəkən Ə.Cəbrayılova bildirib ki, qızı Masallıda dəfn olunacaq:

“Hazırda yol üstəyik, balamı dəfn etməyə gedirik. Evimiz Bakıdadır, amma qohumlar ordadır deyə, Masallıya aparırıq”.

 

Anası qeyd edib ki, 27 yaşlı Fəridə evin tək övladı olmayıb, bacısı və qardaşı var.


Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. 


Yazarlar