Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“İstedad sorağında” müsabiqəsinin yekun sərgisi keçirildi +

  101
17:20 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Rəssamlar İttifaqı, Xətai rayon İcra Hakimiyyəti, Xətai Sənət Mərkəzinin təşkilatçılığı reallaşan müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Tədbiri nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq layihə haqqında bilgi verdi. Qeyd etdi ki, 16-29 yaş arası gənclərin, həvəskar rəssamların qatıldığı müsabiqədə məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsidir. Müsabiqəyə 250-yə yaxın müəllif əl işlərini təqdim edib. Sərgidə 60-a yaxın iştirakçının əsərləri nümayiş olunur.

Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov ölkəmizdə istedadlı gənc nəslin yetişdiyini vurğuladı. O, sərgidəki iştirakçı gənclərin içindən gələcəyin böyük rəssamlarının çıxacağını bildirdi.

Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov müsabiqənin əhəmiyyətindən söz açdı, rayonda keçirilən mədəni tədbirlərdən bəhs etdi.

Sonra qaliblər elan olundu.

Bildirildi ki, Aynur Səmədova I yerə, Fəridə Həsənli II və Şahin Quliyev III yerlərə layiq görülüblər. Aydan Vəliəhd, Nəsrin Şirin, Vüqar Mehdiyev, Aydan Zalova, Fidan Səfərova, Bahar Hüseynova həvəsləndirici mükafatlarla təltif edildi. Bundan başqa, iştirakçılara müxtəlif nominasiyalar üzrə ayrı-ayrı qurumların mükafatları da təqdim edildi.


Yazarlar