Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan  ən fəal  5 ölkədən biri elan edildi

  115
21:05 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Avstraliyada, Sidneydə dünya qadınlarının “Davos”u kimi tanınan, dünyanın 50-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı Ümumdünya Qadın Sammitində müxtəlif ölkələri təmsil edən vitse-prezident qadınlar, nazir qadınlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.

Sammitdə çıxışı zamanı Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividad sammitdə ən fəal təmsil olunan 5 ölkəni elan edib və ölkəmizin həmin 5 ölkədən biri olub. Azərbaycan nümayəndə heyəti üzvləri sammitin işində fəal iştirak etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar veriblər.

 

Millət vəkili Q.Paşayeva sammit çərçivəsində müxtəlif panellərdə iştirak edərək ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar, qadınların cəmiyyətdə rolu barədə geniş məlumatlar verib. İqtisad Universitetinin prorektoru Səadət Qəndilova sammitin işində fəal iştirak edərək Azərbaycan qadınlarının təhsil sektorunda geniş rolu, İqtisad Universitetində və ümumiyyətlə  təhsil sahəsində həyata keçirilən önəmli layihələr, beynəlxalq əməkdaşlıq istiqamətinə verilən diqqət və bunun önəmi barədə qadınların və cəmiyyətin inkişafında təhsilin  və qadınların təhsilli olmasının vacibliyi ətrafında geniş fikirlərini bölüşüb. Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova da bu istiqamətdə fikirlərini geniş şəkildə sammit iştirakçıları ilə bölüşüb.

 

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova Azərbaycanda qadınları iqtisadi sahədə rolunun genişləndirilməsi istiqamətində həyata keçirlən layihələr, dövlətin dəstəyi, əldə edilən uğurlar və üzərində çalışılan layihələrdən danışıblar. Ölkəmizin fəal qadınları Məlahət Qəhrəmanova, Yeganə Malkoç, Naibə Abdullayeva, Tünzalə Bakıxanova, Aynura Ağasiyeva, Sevda Nəcəfova, Sujayat Məmmədova , Həqiqət Abbasova, Janilya Qafarova, Pərvanə Mustafayeva, Yeganə Əliyeva, Royala Şirinova, Cəmilə İsmayılova, Zöhrə Məsiyeva, Ramilə Şirinova     sammit çərçivəsində ölkəmizlə bağlı geniş məlumatlar verməklə yanaşı bir çox ökələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşüb və Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar veriblər.

 

Onlar görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat veriblər. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyərək qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyiblər. Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verərək tədbir iştirakçıları ilə yanaşı, işgüzar xanımları da Azərbaycana dəvət ediblər.

 

Qeyd edək ki, dünyanın 50 ölkəsindən 1000-dən artıq nümayəndənin iştirakı ilə keçiriləcək sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilir. Tədbirin açılışında dünyanın bir çox bəlgələrindən bir sıra yüksək səviyyəli rəsmi şəxslər çıxış edərək qadınların dünyanın hər yerində bütün sahələrdə, cəmiyyətin və dövlətin idarə olunmasında, iqtisadiyyatda, biznesdə rolunun daha da genişləndirilməsinin vacibliyi, həllini gözləyən problemlər, görülən və görülməsi vacib işlər barədə çıxış ediblər, təkliflərlə, layihələrlə çıxış ediblər və tədbir iştirakçıları ilə geniş müzakirələr olub.


Yazarlar