Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Biləsuvarda şagirdin ölüm səbəbi məlum olub - YENİLƏNİB

  114
20:30 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Biləsuvar rayonunda məktəbdə şagird Əliyar Hüseynlinin ölümünün ilkin səbəbi məlum olub.

 

Modern.az-ın  məlumata görə, onun ölümünə qıcolma səbəb olub. 

 

Belə ki, Ə.Hüseynli məktəbin həyətində qıcolma keçirib, onun dili qatlanıb, daha sonra isə vəfat edib. 

 

***

Biləsuvar rayonunda şagird məktəbdə ölüb.

 

 Rayonun Amankənd kənd sakini, 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Ürfan Əliyar oğlu Hüseynli təhsil aldığı rayonun Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.

 

Reportun məlumatına görə, məktəbli sonuncu dərsdən çıxıb evə gedərkən qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. Lakin onun qıcolmadan əziyyət çəkdiyi bildirilir.

 

Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsində müayinə edilir.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.


Yazarlar