Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Putin Krımı Rusiyaya birləşdirəcək körpünün açılışını etdi

  114
17:20 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Rusiya prezidenti Vladimir Putin ilhaq edilmiş Krım yarımadasını Rusiyaya birləşdirən körpünün açılışını edib.

 

Paralel.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin körpünü”Kamaz” markalı yük maşınında keçib.

Vladimir Putinin şəxsən “Kamaz” sürərək rəhbərlik etdiyi 30-a yaxın yük maşını kalonu Krasnodardan Kerçiyə 16 dəqiqəyə çatıb.

 

Körpünün açılışı zamanı təhlükəsizliyi Rusiyanın Fövqəladə Hallar Nazirliyinin 600 əməkdaşı təmin edib.

Bu körpü Krımı Rusiyanın Krasnodar əyaləti ilə birləşdirərək Avropada ən uzun körpü olub. Uzunluğu 19 km olan bu körpü indiyə kimi 17,2 km uzunluğu ilə Avropanın ən uzun körpüsü sayılan və Portuqalyanın paytaxtında yerləşən “Vasko de Qama” körpüsünü də birincilikdən məhrum edib.

 

Tikilişinə 2016-cı ildən başlanılan körpüyə 6,9 milyard rubl (111 705 000 dollar) xərclənilib.

Qeyd edək ki, qatar xəttinin açılışı 2019-cu ilə planlaşdırılıb.

 

Əvəz ZEYNALOV


Yazarlar