Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda 12-ci kənd təsərrüfatı və 24-cü qida sənayesi sərgisi açılır  

  116
17:15 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Mayın 15-də 24-cü  Azərbaycan Beynəlxalq Qida Sənayesi, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.

Paralel.az-ın məlumatıa görə, mətbuat konfransında “ITE Group” şirkətinin regional direktoru Edvard Stroon bildirib ki, ötən illə müqayisədə builki sərgilərdə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım müşahidə olunur. E.Stroon bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrupun iştirak etdiyini nəzərə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya Təminatı və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib ki, builki sərgilərdə 34 ölkədən 402 şirkət iştirak edir və bu şirkətlərin 70%-ni xarici, 30%-ni isə yerli istehsalçılar təşkil edirlər. O, qeyd edib ki, belə mühüm tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi Azərbaycanda aqrar sektorda əlverişli investisiya mühitinin və cəlbedici təşəbbüslərin beynəlxalq işguzar dairələrə çatdırılmasında və dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır. A.Hüseynov bildirib ki, təşkil edilən bu kimi sərgilər öz inkişaf mərhələsində olan kənd təsərrüfatı biznesi sahəsində yerli sahibkarlara yeni təcrübə qazandıracaq, ən son texnika və texnologiyalardan yararlanmaq imkanı verəcək. Nazirliyin təmsilçisi belə sərgilərin biznes əlaqələrinin qurulmasında və ölkəmizin ixrac potensialının artırılmasında öz töhfəsini verəcəyini vurğulayıb.

Təşkilatçılar sərgilər haqqında geniş məlumat verərək media nümayəndələrini 16-18 May tarixlərində Bakıda keçirilən 24-cü  Azərbaycan Beynəlxalq Qida Sənayesi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərinə dəvət ediblər.


Yazarlar