Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Abel Məhərrəmov müzakirə apardı +

  118
16:55 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı Dövlət Universitetində Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru, texnika elmləri namizədi Berik Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov 100 illik yubiley ərəfəsində olan BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri barədə məlumat verib.

 

O, Əl Fərabi adına Qazaxıstan Milli Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Qorqud Ata Dövlət Qızılorda Universiteti və Qazaxıstanın digər ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq əlaqələrindən danışıb.

 

Rektor Berik Əhmədov öz növbəsində rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib, təmsil etdiyi müəssisənin çoxprofilli olduğunu, beynəlxalq əlaqələrin genişlənməsində, həmçinin qocaman ali təhsil ocağı BDU ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

 

Perspektiv əməkdaşlıq istiqamətlərinin müzakirəsindən sonra Bakı Dövlət Universiteti və Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında Anlaşma memorandumu imzalanıb. Anlaşma memorandumu müəllim-tələbə mübadiləsi, seminar və konfransların, yay məktəblərinin təşkili, qarşılıqlı maraq doğuran layihələrdə birgə iştirakı əhatə edir.

 

Səfər çərçivəsində qonaqlar universitetin Heydər Əliyev muzeyində, Nanoaraşdırmalar laboratoriyasında, Abay Kunanbayev adına Qazax Mərkəzində, Təkamül təlimi muzeyində və digər elmi-tədqiqat mərkəzlərində olublar.

 

Görüşdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyevə, xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova və kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov iştirak ediblər.


Yazarlar