Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rövşən Rzayev köçkünlərlə bağlı tapşırıq verdi +

  111
16:45 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 15-də Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə məcburi köçkünləri qəbul edib.

 

Komitədən Modern.az-a bildirilib ki, qəbul zamanı mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa məsələləri ilə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib.

 

Respublikanın müxtəlif yerlərində məskunlaşmış məcburi köçkünlərin müraciətləri əsasən mənzil təminatı ilə bağlı olub.

Məcburi köçkünlərin problemlərini dinləyən Dövlət Komitəsinin sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir.

 

Xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi altında böyük işlər həyata keçirilir.

 

Dövlət Komitəsinin sədri qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin yaxın vaxtlarda mərhələli şəkildə yeni mənzillərə köçürülməsinin planlaşdırıldığını vurğulayıb.

Görüş zamanı bölgələrdən qəbula gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb. Onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə yaxından tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hər tərəfli izahat verilib.

 

Dövlət Komitəsinin  sədri  müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlarını verib.

 

 


Yazarlar