Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mövsümün itiburunlu çəkmə trendi - FOTO

  5
23:40 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Dəbli payız obrazı yaratmaq istəyirsinizsə, xırdaçılığa varmağa ehtiyac yoxdur. Biz modapərəst xanımlara ayaqqabı ilə başlamağı tövsiyə edirik. Dizaynerlər həmişə olduğu kimi bu mövsüm də geniş çeşidlər təklif edib: dəri, laklı, məxmər, zamşa, trikotaj və s. materiallardan hazırlanan ayaqqabılar.

Paralel.az xəbər verir ki, burnu dabalarından uzun və iti olan çəkmələr payızın əsas trendi zirvəsinə yüksələ bilib. Çəkmələrin dəri və zamşadan yox, trikotaj parçadan tikilən modelləri xüsusilə aktualdır. Silueti, materialı və rəngindən asılı olmayaraq onlar dəstə zənginlik əlavə edəcək.

Əgər effekti gücləndirmək istəyirsinizsə, qırmızı versiyalarına yönəlin, sizi əmin edirik ki, bütün yoldan keçənlər başını çevirib sizə baxacaq. Və narahat olmağa ehtiyac yoxdur. Məsələ ondadır ki, qırmızı ayaqqabılar əvvəllər bayram və ziyafət rəngi hesab olunurdusa, artıq bu qayda öz əhəmiyyətini itirib. Odur ki, əziz moda həvəskarları, klassik çəkmələrdən imtina etmək sizin üçün çətin olmayacaq. Parlaq çəkmələri diqqətdən kənar qoymayın!

Belə gözəl alçaq dabanlı, itiburunlu və qısaboğaz çəkmələr mövsümün universal aksessuar statusunu qazanıb. Onlar həm cins, həm də klassik şalvarlarla, istəbilən uzunluqda olan ətək və donlarla, həmçinin palto və bomber kurtkalarla əla görünür. (publika.az)

Paralel.az

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli