Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yutub tarixində rekorda imza atanlar pul toplamağa başladılar

  3
22:45 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Yutub tarixində ilk dəfə 4 milyarddan çox izlənən klip olan "Despacito"nun ifaçıları Luiz Fonsi və Deddi Yanki örnək bir kampaniya başladıb.

Paralel.az xəbər verir ki, müğənnilər "Mariya" qasırğasının yerlə yeksan etdiyi Puerto Rikonun bərpası üçün yardım aksiyasına start verib.

Puerto Rikoda anadan olan Luiz Fonsi kiçik yaşlarında ailəsi ilə birgə ABŞ-a köçüb. Lakin o vətən sevgisini unutmayıb və ən məşhur mahnısı olan "Despacito"ya da elə Porto Rikoda klip çəkib.

"Mariya" qasırğasının vurduğu zərərləri aradan qaldırmaq üçün dəstək olmağa çalışan müğənni bu barədə 5.2 milyon izləyicisi olan instaqram hesabından paylaşım edib.

"4 milyarddan artıq izlənərək tarixə düşdük. Ancaq bayram etmək yerinə klipi çəkdiyimiz yerin restavrasiyasına çalışacağıq".

O, xüsusilə, klipin çəkildiyi La Perla bölgəsindəki dağıntılara diqqət çəkib. Müğənni 200 000 dollar məbləğində yardım toplamağı hədəflədiyini deyib. (publika.az)

Paralel.az

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli