Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tramp ABŞ-ın İrana qarşı yeni strategiyanı elan edib

  2
22:30 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib

Paralel.az APA-ya istinadən xəbər verir ki, Vaşinqtonda çıxış edən D.Tramp növbəti dəfə İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib.

ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
 
Tramp həmçinin İrana qarşı, terrorun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində  yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Qeyd edək ki, ABŞ prezidentinin çıxışından bir neçə dəqiqə əvvəl ölkənin Maliyyə nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Paralel.az

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli