Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rusiyadan Azərbaycan pomidor ilə bağlı SƏRT TƏLƏB - VİDEO

  4
22:25 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Rusiya Kənd Təsərrüfatı Nazirliyi Azərbaycandan idxal edilən pomidora nəzarəti gücləndirir. Buna səbəb digər ölkələrdən pomidor gətirərək burdan da Rusiyaya azərbaycan məhsulu kimi ixraca təşəbbüs iddialarıdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirir ki, Rusiya tərəfinin tələblərinə Azərbaycan ciddi yanaşır. Ancaq bu il Azərbaycana xaricdən gətirilən pomidorun miqdarı o qədər az olub ki, onun ixrac edilən məhsulda həcmi cəmi bir neçə faizdir.

Xidmət rəisi onu da bildirir ki, Rusiyanın tələbi ilə bağlı bu ölkəyə pomidor ixrac edən sahibkarlara artıq yeni şəraitə uyğunlaşmaq üçün qurum tərəfindən tövsiyyələr verilib.

Camal Quliyev onu da qeyd edir ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər pozulandan sonra Azərbaycan pomidoruna Rusiya bazarında tələb artdı. Buna görə istixanalar sürətlə çoxaldı və nəticədə pomidor ixracı artdı. Rusiya tərəfi isə rəqəmlərə baxaraq pomidorun Azərbaycana xaricdən gətirilən məhsulun hesabına artdığını düşünərək tələbləri sərtləşdirib. Ancaq xidmət rəisi onu bildirir ki, heç bir ölkədən pomidoru buraya gətirib sonra Rusiyaya Azərbaycan məhsulu kimi ixrac etmək hazırda iqtisadi cəhətdən səmərəli deyil. Bundan başqa xaricə ixrac edilən məhsullara sertifikatların eləcə də digər sənədlərin verilməsinə dövlət tərəfindən birbaşa nəzarət edildiyinə görə bu məsələdə problem ola bilməz. /xezerxeber.az

Paralel.az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyadan Azərbaycan pomidor ilə bağlı SƏRT TƏLƏB

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli