Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda ilk dəfə: Bu balıqlar göldə yetişdirilir - VİDEO

  3
21:55 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Akvarium və hovuzlarda saxlanılan bəzəkli yapon balıqların Azərbaycanda ilk dəfə süni göllərdə yetişdirilməsinə başlanılıb. Salyanda yaradılan təsərrüfatda gələcəkdə bu balıqların satışı da olacaq.

Paralel.az bildirir ki, əsasən Yaponiyada yetişdiririlən və öz rəngarəngliyi ilə digərlərindən seçilən bu balıqlar respublikamızda Gəncədə hovuzlarda saxlanılsa da, onun yetişdirilməsi ilə indiyədək məşğul olan olmayıb.

Amma Salyanını Boranıkənd kəndində yaşayan, 27 yaşlı Hüseyn Əliyev ilk dəfə olaraq Azərbaycanda belə balıqların yetişdirilməsinə başlayıb. 3 ay bundan öncə 800 belə balığı 1 hektara yaxın süni gölə buraxıb.

Süni göldə yetişdirilən balıqlar gündə 2 dəfə-səhər və axşam arpa, buğda və digər yemlərlə qidalandırılır. Bir neçə ildən sonra bu balıqların hər birini 10 kioqrama qədər çatdırmaq mümkün olur. Yerli balıqlardan fərqli olaraq koyekarp balıqlarının özəl xüsusiyyətləri də var.

Hazırda 300-600 qram çəkisi olan balıqlar bir aydan sonra ilk dəfə internet vasitəsi ilə satışa çıxarılacaq. Qiymətləri isə yerli balıqlardan bir qədər fərqli olacaq. Təsərrüfat sahibi deyir ki, əgər yaxşı gəlir əldə edə bilsələr gələcəkdə sahələri genişləndirməklə daha çox bu balıqların yetişdirilməsinə üstünlük verəcək. /xezerxeber.az

Paralel.az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda ilk dəfə: Bu balıqlar göldə yetişdirilir

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli