Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gələcəkdən bizə baxış

  20
21:27 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Şikəstə gülən millət

 

Bəzən düşünürəm ki, gələcəkdə bizim dövrümüzü öyrənməyə, bu dövr haqqında aydın təsəvvürə malik olmaq istəyən Azərbaycan vətəndaşı bizim tariximizi heç cür sistemləşdirə, bu dönəmin kələfinin ucunu tapa bilməyəcək.

Məsələn, biz orta əsirlər dövrünün mədəniyyətini, memarlıq üslubunu, musiqisini və s. çox asanlıqla öyrənə bilirik. Çünki bu dövrün sistemli bir inkişafı olub. Binanın üslubuna baxan kimi, deyirsən bu yəqin filan əsrə aiddir, musiqini bir qədər dinlədikdə həmçinin, hansısa bir qənaətə gəlmək olur. Çağdaş ədəbiyyatımızda, mədəniyyətimizdə, memarlığımızda və digər sahələrdə heç bir sistem mövcud deyil.

Hətta bəziləri heç bir qafiyəsi, məntiqi və məzmunu olmayan söz yığınından ibarət mətni bir janır hesab edib, adını da qoyurlar posmodernizm. Lakin yazdıqlarını, çəkdiklərini və ya yaratdıqlarını özlərindən başqa heç kim anlamır, axı bu necə mədəniyyət ola bilər ki, yaratdığını heç kim anlamasın. Bir rəssam dostum dünyaca məşhur Pikasonu misal gətirir ki, o, da çızmaqara çəkib də, bəs niyə bütün dünyada məşhurdu?

Deməli, bu bədbəxtlər Pikasonu çızmaqaraçı sayır və elə bilirlər ki, ağlına gələni çızıb nümayiş etdirsə, məşhurlaşacaqlar. Düzdür, hamı ağlına gələni ortaya qoyur, amma yenilik etmək, bəşəriyyətə xidmət göstərmək üçün gərək ilk növbədə məntiqi, iş keyfiyyəti və düşüncə qabiliyyəti olan bir intellektə sahiblənə biləsən. Bizim mədəniyyət işçilərinin böyük əksəriyyətindən soruşanda ki, harada təhsil almısan, haranı bitirmisən?- deyir mənimki Allah vergisidir, səkkizə qədər oxudum, sonra başın buraxdım. Əcabə, belə də mədəniyyət işçisi olar?

Elə bu səbəbdən də, müasir mədəniyyət işçilərimizi-artist, aktrisa, müğənni, ifaçı və s. - bizimlə həmsərhəd olan ölkələrin analoji camiyyəsi ilə mü-qayisə edəndə adam sözün həqiqi mənasında utanır. Ermənilərin KVN-şiklərinə qulaq asanda məni soyuq tər basır, cənablar, görün biz hara yuvarlanırıq?! Mədəniyyətin məhvəri sayılan Şərq mədəniyyətinin yaradıcıları olan babalarımızın varisi olaraq, bizlər niyə bu qədər cılızlaşmışıq?

Doğrusu, bu böyük suallara cavab tapmaqda mən özümü də aciz sayıram, lakin bu suallara cavab tapılmalı, mədəniyyətimizi eybəcərləşdirən tendensiyalara qarşı mübarizə yolları axtarılıb tapılmalıdır. Ən çox korlanan janrımız isə komediyadır. Teatırlarımız sərbəstləşən kimi onları "alaq otları" basıb altına. Görün komediya janrı nə günə qalıb ki, adamları güldürmək üçün kişilər qadın paltarı geyinərək, dəli, anormal adam obrazları yaratmağa çalışırlar.

Bunun başlıca səbəbi isə onların istedadlarının kasadlığıdır. Yəqin ki, bu yaxınlarda yayımı dayandırılan "Bozbaşpiçes" rubrikası hamının yadındadı. Bu rubrikanın ən "gülməli" obrazı Fəlakətdi. Çünki o, sadəcə dəlidi, ağıldan şikəstdi. Bizim isə komediya zövqümüz o qədər korlanıb ki, biz artıq dəliyə, xəstəyə, ağıldan şikəst birisinə gülürük. Biz dünyanın bəlkə də, yeganə millətiyik ki, dəliyə gülürük. Siz təsəvvür edin ki, yanınızda bir nəfər ayağı dibdən anputasiya edilmiş xəstəyə gülür - buna bax ee, ayağının biri yoxdu, özü də "kostellə" gəzir - və gözləri yaşarana qədər gülür... Əlbəttə, normal insanda bu adama qarşı ikrah hissi oyanmaya bilməz. Fəlakətin isə ayağı yox, ağlı şikəstdir, cənab azərbaycanlılar, siz hansı məntiqlə şikəstə gülürsünüz?

Şou-biznesimiz isə daha biabırçı gündədir, burada yalnız qeyri-ənənəvi cinsin nümayəndəsi olmaq dəbdədir. Bir çox milonçularımız isə onlara sevgi mərəzinə tutulub, istedadı oldu-olmadı, "gey"sənsə sponsor problemin yoxdur. İstedad, qabiliyyət və ya intellekt o qədər də vacib deil, əsas kriterya cinsi arentasiyadır. O üzdən də, şou-biznes əhlinin böyük əksəriyyəti efirdə danışanda millət evdə "ət" tökür. Bəlkə də, onlar bu "qabiliyyəti" ilə bizə arıqlamaqda daha çox yardım edə bilirlər. Çünki fransızlar müəyyənləşdiriblər ki,utanmaq adamın ömrü ilə bərabər çəkisini də azaldır.

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli