Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Amerikalı diplomat: "ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində güclü tərəfdaşlıq var"

  10
18:05 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

"ABŞ və Azərbaycan hökumətləri arasında təhlükəsizlik sahəsində güclü tərəfdaşlıq mövcuddur".

Paralel.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Saatlı rayonunun Varxan kəndində təkmilləşmiş suvarma sisteminin açılışında iştirak edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil deyib.

U. Gil ABŞ və Azərbaycan arasında qlobal terrorçuluğa qarşı aparılan mübarizədə gözəl əməkdaşlıq mövcud olduğunu bildirib: "Qlobal müstəvidə Azərbaycanın verdiyi töhfələrə görə biz Azərbaycana çox minnətdarıq. Azərbaycan əsgərləri NATO-nun Əfqanıstanda "Taliban"a qarşı aparılan əməliyyatlarında, o cümlədən sülhməramlı əməliyyatlarda iştirak edirlər. Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi barəsində danışarkən onu qeyd etməliyəm ki, dünən Azərbaycanda səfərdə olan müdafiə nazirimizin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper də bu sahədə tərəfdaşlığı yüksək qiymətləndirdi".  

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli