Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanın dostu və düşmənləri bilsinlər...

  6
17:15 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

"Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün danışıqlar prosesinin dalandan çıxarılması yollarını müzakirə etmək üçün prezident Əliyev və Sarkisyanın Cenevrə görüşü ərəfəsində Ermənistana müasir silahların alınması üçün əvvəlki 200 milyon dollara əlavə olaraq, daha 100 milyon dollar həcmində güzəştli kreditin ayrıldığının anonsunu verdi. Bunu İrəvanı ruhlandırmaq və danışıqlarda daha çox güzəştə getməməyin aşılanması kimi qəbul etməmək çətindir".


Paralel.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Millət vəkilinin sözlərinə görə, Rusiya artıq xeyli müddətdir ki, milyardlarla dollarlıq silah və texnikanı havayı olaraq işğalçı Ermənistana ötürür:

"Rusiya buna cavab verə bilər ki, Azərbaycana da böyük məbləğdə silah verilib. Əvvəla, Bakı bütün bunların əvəzini hər hansı güzəşt və endirimsiz olaraq tam ödəyir. Amma Ermənistana verilən müasir silahlar isə kredit kimi sənədləşdirilsə də, hətta məbləğin ümumi həcminin 10 faizi qədər ilkin ödəniş nəzərdə tutulsa da, hamıya aydındır ki, onlar qaytarılmayacaq.   
Ermənistanın Moskva tərəfindən silahla havayı doldurulması artıq 1/4 əsrdir ki, davam edir. Xatırladım ki, ötən əsrin 90-cı illərində və 2000-ci illərdə ermənilərə milyardlarla dollarlıq silah və hərbi texnika verilib. İkincisi, Azərbaycan Ermənistandan fərqli olaraq BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin olmasına rəğmən, qonşu dövlətin ərazisini işğal altında saxlamır".

R.Musabəyov hesab edir ki, Rusiyanın regionla bağlı öz siyasətini dəyişəcəyini gözləmək əbəsdir: "Az adam Moskvanın Cənubi Qafqazda siyasətini dəyişəcəyinə dair xəyallar qurur. Amma bu barədə mütləq demək və yazmaq lazımdır. Ən azından ona görə ki, Azərbaycanın dostu və düşmənləri bilsinlər ki, biz hər şeyi yaxşı görür və adekvat qiymətləndiririk. Axı həyat və siyasət bu günlə bitmir..."

İlkin İzzət

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli