Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

BNA avtobus sürücüsünü işdən azad etdi

  2
16:55 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Bakıda yol hərəkət qaydalarını pozaraq təhlükə yaradan sürücü işdən azad edilib.

Paralel.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sosial şəbəkələrdə 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı yayılan videogörüntü Agentlik tərəfindən nəzarətə götürülərək araşdırmalara başlanılıb.

Müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla hərəkət edib. Bununla da avtobusun sürücüsü Mehdiyev Sadiq Niyazi oğlu sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verib. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, artıq həmin sürücü işdən azad edilib. Eyni zamanda, daşıyıcıya tapşırılıb ki, bu və buna bənzər xoşagəlməz halların təkrarlanmaması üçün zəruri tədbirləri həyata keçirsin.

Bakı Nəqliyyat Agentliyi bəyan edir ki, sərnişinlərinin təhlükəsizliyi ilə bağlı məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyən daşıyıcılara və sürücülərə qarşı barışmaz mövqedədir və bu mövqe dəyişməzdir.

Paralel.az

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli