Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Almaniyada "AZE Nakhchivan" futbol komandasının yaradılması alqışlanır - FOTO

  2
16:40 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Naxçıvan Muxtar Respublikası Gənclər  və İdman Naziri Azad Cabbarov Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəhbərinə təbrik məktubu yazıb.



DAA-dan Paralel.az-a verilən məlumata görə, o, Assambleyanın "AZE Nakhchivan" SK futbol klubu yaradılması təşəbbüsünü alqışladığını, bu addımın millət və dövlət qarşısında yüksək xidmət olduğunu qeyd edib.

A.Cabbarov Naxçıvan rəhbərliyinin klubun yaradılma ideyasının, həmçinin, klubun nəzdində Naxçıvan muzeyi üçün lazım olan texniki ləvazimatların göndərildiyini də bildirib.

Qeyd edək ki, bir müddət öncə DAA Almaniyanın Köln şəhərində "AZE Nakhchivan" SK futbol klubunu təsis edib. Klubun nəzdində Naxçıvan muzeyi və mədəniyyət mərkəzinin də yaradılmasına qərar verilib. Məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov da bu ideyanı dəstəkləyərək onu yüksək qiymətləndirib.

Zəfər Tağı
Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli