Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

"Gilan Holding" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı olub

  1
15:25 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

"Gilan Holding" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR "Biznes liqa" çempionatının iştirakçısı olub.

Paralel.az-ın məlumatına görə, ABL Cup 2017/18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə və "Azfargroup"un meydançalarında keçiriləcək.

"Gilan Holding" liqada maraqlı oyunlar və gərgin mübarizə gözləyir. Holdinqin əməkdaşlarından ibarət komanda ABL Cup 2017/18-də uğurlu nəticə əldə etməyə ümid edir. Ölkədə idmanın inkişafına da töhfə verməyə çalışan "Gilan Holding", bu cür turnirlərin keçirilməsini sağlam həyat tərzinin təbliği baxımından əhəmiyyətli hesab edir və onlara dəstək verir. Çempionat həmçinin şirkətlərarası əlaqələrin genişləndirilməsində də kömək edəcək.

Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli