Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Millimiz Millətlər Liqasına daxil edilmədi

  4
15:15 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Beynəlxalq Voleybol Federasiyası (FIVB) kişilər arasında Dünya Liqasını və qadınlar arasında Qran Prini əvəzləyəcək Millətlər Liqası təsis edib.
 
Paralel.az goal.az-a istinadən xəbər verir ki, yeni turnirin təsis edilməsində məqsəd azarkeş marağının artırılması və dünya səviyyəli oyunların təşkil olunmasıdır. 
2018-ci ildə start götürəcək Millətlər Liqası dairəvi sistemlə keçiriləcək. Yarışa 12 kişi və eyni sayda qadın komandaları qatılacaq. Mövsümün yekununa əsasən, iki ən zəif komandanı Çağırış Liqasından olan kollektivlər əvəzləyəcək. Turnirin qalibi "Altılar finalı"nda müəyyənləşəcək.

2018-ci ildə kişilərin yarışında Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Fransa, Argentina, İran, Polşa, Almaniya və Yaponiya yığmaları yer alacaqlar. Çağırış Liqasında isə Avstraliya, Cənubi Koreya, Kanada və Bolqarıstan milliləri mübarizə aparacaqlar.
 
Qadınların yarışına Rusiya, Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Hollandiya, Tailand, Türkiyə, Cənubi Koreya, Almaniya və Yaponiya qatılacaq. Çağırış Liqasına isə Argentina, Dominikan Respublikası, Polşa və Belçika daxil edilib.

Azərbaycanın heç bir yığması turnirdə yer almayacaq. Faiq Qarayevin baş məşqçi olduğu qadınlardan ibarət komanda son Avropa çempionatında 4-cü yeri tutub. 

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli