Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Maskerano “Barselona”dan gedir? - Mövsümün sonunda...

  3
14:40 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

"Barselona"nın müdafiəçisi Xavyer Maskerano klubdan ayrılmaq barədə düşünür.

Mİlli.Az komanda.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu "Marka"ya açıqlamasında cari mövsümdə az şans qazandığını, buna görə, mövsümün sonunda klubdan ayrıla biləcəyini bildirib:

"Bu mövsümdə "Barselona"da az şans qazanıram. Buna baxmayaraq, həmişə meydana çıxmağa hazır oluram. Mənim hələ Kataloniya klubuyla müqaviləm var. Mövsümün sonunda qərar verəcəm. Hələ ki, burdakı gələcəyimlə bağlı heç kimlə danışmamışam. "Barselona"da mənə həmişə komandada olmağımdan xoşbəxt olduqlarını deyirlər. Lakin məncə, fikirləşmək üçün vaxtdı".

Maskerano 2010-cu ildən "Barsa"nın şərəfini qoruyur. O, cari mövsümdə cəmi 5 oyunda şans qazanıb.

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli