Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yıldız Tilbe: "Mən türk axtarıram, bura “O səs İngiltərə” deyil" - FOTO

  4
14:20 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Yeni mövsümə başlayan "O səs Türkiyə" yarışmasında qalmaqal yaşanıb.

Paralel.az axşam.az-a istinadən bildirir ki, seçimlər zamanı münsif kürsüsündə oturan və yarışmaya bu mövsüm qatılan Yıldız Tilbe ilə Gökhan Özoğuz dava edib.

Yarışmaya balkan mahnısı oxuyan bir qadın qatılıb. Onun ifasını bütün münsiflər bəyənib və dönüb, bircə Tilbe dönməyib. Çıxışın sonunda Yıldız "Sən türksənmiş... Mən səni əcnəbi bildim. Türk olduğunu bilsəydim, dönərdim" deyib. Onun bu sözlərinə əsəbiləşən Gökhandan etiraz gəlib.

Gökhan "Bu yarışmaya əcnəbilər də gəlir. Niyə dönmürsən ki" cavabını verib və irqçiliyi tənqid edib.

Tilbenin "Bu, "O səs Türkiyə" yarışmasıdır, mən türk axtarıram. Bura "O səs İngiltərə" deyil. Elə olsaydı, ingilis axtarardım" cavabı mübahisəni şiddətdləndirib.

Ayrıseçkiliyə qarşı çıxan Gökhan səsini daha da yüksəldərək etiraz edib:

"Sən o zaman kürdlərin yarışmasına da etiraz edərsən".

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli