Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Samira: "Şou-proqramlara məcbur gedirəm"

  4
14:15 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Hansısa şou, patar və hərəkətləri ilə özlərini gündəmdə saxlayırlar. Fikir verirəm ki, sənət sıfır dərəcəsinə gəlib.

Paralel.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Samira Allahverdi "ATV maqazin onlarla" verilişində deyib.

Sənətçi müğənnilərin özlərini sənətlə yox, geyimlə reklam eləməsini qınayıb:

"Mən insanlığa, sənətə dəyər verənəm. İndi başqa şeylə gündəmə gəlirlər. Sponsorlar da yoxdur. Əgər mən konsert versəm, ancaq oxuyacam, səsimi göstərəcəm. Şou mənlik deyil. Klublarda konsert vermişəm, dayanmadan oxumuşam".

Samira bildirib ki, məcbur şou-proqramlara gedir:

"Məndən olsa oxumaram. Amma məcburam. Qazandığım pul isə məni qane etmir. Bu, naşükürlük kimi səslənməsin. Eləsə də, eləməsə də budur. Bundan o tərəfə keçə bilmirəmsə, gileylənməyə ixtiyarım yoxdur".

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli