Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB - FOTO

  7
11:17 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

11:11

Paralel.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.

X X X

Paralel.az AZƏRTAC-a istinadən bildirir ki, oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

---------

10:50

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.

Paralel.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verdi.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşdülər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdirdilər.

Paralel.az

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli