Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dünyanın ən bahalı villası satılır - FOTO

  4
11:05 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Fransanın Lacivərd sahilində, Vilfranş sür Mer şəhərinin Sen Jan Kap Ferra rayonunda yerləşən "Les Cedres" ("Sidrlər") villası satışa çıxarılıb.

Paralel.az Daily Mail-ə istinadən bildirir ki, villanın ilkin qiyməti 418,1 milyon dollardır.

1902-ci ildə Belçika kralı 2-ci Leopoldun sifarişi ilə məşuqəsi və sonrakı arvadı Karolina Lakrua üçün tikilmiş villa 7-ci Eduard bulvarında yerləşir.

Villanın indiki sahibi "Marnier-Lapostolle" şirkətinin sahibəsi, bankir Edmond Safranın dul xanımı Lili Safradır.

35 hektarlıq ərazisi olan superlüks villada 14 yataq otağı, bal zalı, 50 metrlik hovuz, 30 atlıq tövlə, 20 istixana, habelə 15 min nadir tropik bitkilərin və ağacların əkildiyi 14 hektarlıq bağ var.

Villanın qonşuluğunda bəstəkar Endryu Lloyd Uebber və "Microsoft"un banilərindən biri Pol Allenin malikanələri yerləşir.

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli