Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

NATO Türkiyənin Rusiyadan "S-400" almasından narahtdır

  4
09:15 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb.

Milli/Az APA-ya istinadə xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.   

"Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır", - deyə Key Beyli Xatçison "Washington Post" nəşrinə müsahibəsində bildirib.  
 
Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
 
"ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu, bizim marağımızda deyil. Bu, heç Türkiyənin özünün də marağında deyil", - ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib.  

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli