Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İmam Hüseyn qiyamı haqqında müsəlman olmayanların nəzəri

  6
23:45 12-10-2017
Şriftin ölçüsünü dəyiş  

Aşura hadisəsi o qədər əhəmiyyətli və ağrılı hadisələrdəndir ki, bütün dünya mütəfəkkirlərini öz təsiri altına salmışdır. Onlar müsəlman olmasa da, bu qiyamın əzəmətini etiraf etmişdilər.

Mahatma Qandi deyir: "Mən inqilabımda İmam Hüseynin (ə) hərəkatına borcluyam. Mən Hindistan xalqı üçün təzə bir şeyi ərməğan gətirməmişəm".
 
Paralel.az deyerler.org-a istinadən bildirir ki, ingilis yazıçısı Charles Dickens deyir: "Əgər İmam Hüseynin (ə) döyüşü dünya istəkləri üçün olmuşdursa, mən bunu qəbul etmirəm. Çünki bacıları, xanımları və övladları onunla birlikdə idilər. Ona görə də ağıl hökm edir ki, o, ancaq İslam üçün fədakarlıq etmişdir".
 
Livan yazıçısı Georgi Zidan yazır: "Peyğəmbərin (s) vəfatından sonra dünya və vəzifə sevgisi əxlaqi fəzilətləri üstələdi. Ali-Əli (ə) təfəkkürü bu insanların yanında təsirsiz qaldı. Kufə xalqı mal və vəzifəyə görə İmamla (ə) bağladıqları əhdə vəfasız çıxdılar. Bununla da kifayətlənməyib, onu öldürdülər".
 
Alman filosofu Thomas Mann yazır: "Əgər İsa (ə) ilə Hüseynin (ə) fədakarlıqlarını müqayisə etsək, şübhəsiz ki, Hüseynin (ə) fədakarlıqları daha mənalı və daha dəyərli olar. Çünki o zaman ki, İsanı (ə) fəda etmək istəyirlər, həyat yoldaşı və övladı yox idi.
 
Onları düşünmürdü ki, özündən sonra necə olacaqlar. İmam Hüseynin (ə) isə həyat yoldaşı və uşaqları var idi və onların bəzisi az yaşlı idilər və atalarına ehtiyacları var idi".
Alman tarixçisi Kurt Frischler yazır: "İmam Hüseyn (ə) fədakarlıqda, fəda sərhədlərindən daha üstününə addım atdı və övladlarını fəda etdi.
 
Hüseynin (ə) bu fədakarlığı nə tərsliyinə də görə idi, nə həvəslərinə görə. O, ağlı ilə fədakarlıq etmişdi və Yezid ibni Müaviyyənin hədəflərinə görə yaşamaq istəməmişdi. O, haqq yolunda öldürülməyi kişilikdən bilirdi və bu imanlı və igid insanın ölümü - baxmayaraq ki, özü ölümə tərəf gedirdi - intihar deyildi". (İslami saytlara istinadən)
 
İngiltərənin böyük alimi Thomas Carlyle yazır: "Kərbəla faciəsindən çıxartdığımız ən böyük dərs odur ki, Hüseynin (ə) və dostlarının Allaha möhkəm imanları var idi. Onlar öz əməlləri ilə təsdiq etdilər ki, haqla batil üz-üzə gələndə, sayın önəmi yoxdur. Hüseynin (ə) az insanlarla qələbə çalması məni çox heyrətləndirir".
 
Suriyanın xristian alimi Antoine Barra yazır: "Əgər desək ki, Hüseyn (ə) İslamın çırağıdır, az demiş olarıq. Əgər desək ki, o, İslamın zirehidir, az demiş olarıq. Deyə biləcəyimiz ən yaxşı cümlə budur ki, o, bütün tarix boyu bütün dinlərin vicdanıdır".
 
Amerika tarixçisi Washington Irving yazır: "Hüseyn (ə) öz həyatını Yezidə təslim edərək xilas edə bilərdi. Ancaq müsəlmanların rəhbəri olmaq məsuliyyəti icazə vermirdi ki, o, Yezidi xəlifə kimi qəbul etsin. O, özünü hər bir çətinlik və təzyiq altına salaraq, İslamı Bəni-Üməyyənin caynağından xilas etməyə hazır etdi. V yanar günəş altında, quru səhra torpağı üzərində Hüseynin (ə) ruhu fənalığı qəbul etmədi. Ey mənim pəhləvanım, ey şücaət nümunəsi, ey mənim igidim Hüseyn!".

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli