Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İmam Səccad xəlifənin dünya barədə təklifinə nə cavab verdi?

  4
23:15 12-10-2017
Şriftin ölçüsünü dəyiş  

İmam Baqir (ə) buyurur: "Əbdülməlik Mərvan Allahın evini təvaf edirdi. Atam da onun qarşısında təvaf edirdi. Mərvan soruşur: "Bu kimdir ki, məndən qabağa düşmüşdür?". Dedilər: "İmam Zeynəlabidin Əli ibni Hüseyndir (ə)". Deyir: "Onu qaytarın". İmamı (ə) qaytarırlar və Mərvan deyir:" Ey Əli ibni Hüseyn! Mən sənin atanı öldürən kəs deyiləm. Bəs sənə nə mane olur ki, mənim yanıma gələsən?".

Paralel.az islam.az-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Həqiqətən də atamı öldürən etdiyi əmələ görə dünyasını özü üçün məhv etdi və atam da axirəti onun üçün məhv etdi. Əgər istəyirsənsə, onun kimi ol".
Mərvan deyir: "İstəmirəm, ancaq bizim yanımıza gəl ki, bizim dünyamızdan bir şey əldə edəsən".
İmam (ə) bu sözləri eşidən zaman əyləşir və cübbəsini açıb buyurur: "Allahım! Yaxın dostlarının hörmətini ona göstər!".
Mərvan ona baxan zaman gördü ki, cübbəsi nurlu qapılarla doludur ki, nuru Bəsrəyə qədər əsər qoyur.
İmam (ə) buyurur: "O kəsin ki, hörməti buna yaxın olar, sənin dünyana nə hacəti olar?". Sonra dua edir: "Allahım, geri al ki, mənim ona hacətim yoxdur". Həmin nurlu qapılar yoxa çıxır".

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli