Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rusiya Ermənistana silah üçün yeni kredit ayıracaq

  7
23:10 12-10-2017
Şriftin ölçüsünü dəyiş  

Ermənistan hökuməti Rusiyadan müdafiə məqsədləri üçün 100 milyon dollar məbləğində yeni kredit sazişini imzalamaq haqqında qərar qəbul edib.

Sənədə əsasən, Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul təchizatının maliyyələşdirilməsi məqsədilə Rusiya Ermənistana ekspert krediti təqdim edəcək.

Paralel.az BBC-yə istinadən bildirir ki, kredit Ermənistan tərəfindən, 2023-cü ildən başlayaraq, 15 il müddətində ödənilməlidir. Onlardan 5 ili üçün 3 faizlik güzəştli ödəniş dərəcəsi nəzərdə tutulur.

Sazişə əsasən, Ermənistan sözügedən kredit vəsaitlərini 2018-2022-ci illər müddətində istifadə etməlidir.

Bundan əvvəl, 2015-ci ildə, Ermənistan və Rusiya hökumətləri arasında Ermənistana Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul əldə etmək üçün, ödəniş müddətinin 2018-ci ilədək təxirə salınması şərtilə, 10 il müddətinə 200 milyon dollar məbləğində dövlət ixracat kreditini təqdim etmək haqqında saziş imzalanmışdı.

Həmin kredit əsasında nəzərdə tutulan hərbi texnika 2017-ci ilin sonunadək Ermənistana çatdırılmalı idi.

Lakin Ermənistanda fəaliyyət göstərən "Məlumatlı vətəndaşlar birliyi" qeyri-hökumət təşkilatının müraciətinə cavab olaraq, Ermənistan Maliyyə Nazirliyi bildirmişdi ki, 2017-ci il 1 sentyabra olan məlumata görə, Ermənistan tərəfi nəzərdə tutulan ümumi məbləğin təxminən 20 faizi (40,7 milyon dollar) həcminə uyğun silah və başqa hərbi məhsul alıb.

Kredit vəsaitlərindən başqa, Ermənistan həmçinin büdcə vəsaitləri ilə silah əldə etməyi planlaşdırır. Bu məqsədlə, Ermənistanın 2018-ci il hərbi büdcəsi 17 faiz artırılmışdır, jurnalistlərə Ermənistan müdafiə naziri Vigen Sarkisyan deyib.

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində
 

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli