Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Kimyəvi terapiya alan insanlar daha tez ölür - Alimdən ilginc açıqlamalar

  6
22:35 12-10-2017
Şriftin ölçüsünü dəyiş  

Dünya Xərçəng İnstitutu daha çox yayılmış xərçəng xəstəliyi növləri ilə bağlı statistika açıqlayıb.

Paralel.az medicina.az-a istinadən bildirir ki, statistikaya görə, bu il dünyada daha çox yayılmış xərçəng növləri süd vəzi xərçəngi, ağciyər xərçəngi, bağırsaq xərçəngi, qalxanabənzər vəzi, leykemiya və uşaqlıq xərçəngi olub.

Yeni xəstələr hər 100.000 nəfərə 454 nəfər düşür.

Xərçəngdən ölüm sayı hər 100.000 nəfərə 171 nəfər düşür.

Təəssüf ki, statistik rəqəmlər artmağa doğru gedir və yaxın 10 ildə hər 3 kişidən 1i, hər 5 qadından isə 1 i həyatı boyu xərçəngin hər hansı növündən əziyyət çəkəcək.

Həkim Berkli Hardin təsdiq edir ki, xərçəngdə tətbiq olunan və hər il milyard dollarla vəsait cəlb olunan kimyaterapiya metodu lazım olduğu qədər effektiv deyil.

Onun sözlərinə görə, kimyaterapiya pasiyentə xərçəngdən daha çox ziyan vurur. Son 20 ildə aparılan tədqiqatlar göstərib ki, kimyaterapiyadan imtina edən insanlar kimyaterapiya almış insanlardan 12 il daha çox yaşayıb. Məlumata görə, əksər xəstələr kimyaterapiyadan sonrakı 3-5 il ərzində ölür.

Həkim həmçinin süd vəzi xərçəngindən əziyyət çəkən qadınların kimyaterapiya almadan 3-4 dəfə daha çox yaşaya biləcəyini əminliklə bildirib.

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli