Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fasilə bitdi, liqaya davam - "Neftçi" debütanta, çempion "İnter"ə qarşı

  4
19:25 12-10-2017
Şriftin ölçüsünü dəyiş  

Sabah Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.

Paralel.az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra davam etdirilən çempionatın VIII turun görüşləri 3 gün ərzində baş tutacaq.

Həftəyə ötən mövsümün mükafatçıları "İnter" və "Qarabağ" arasında qarşılaşma ilə start veriləcək. Ardıcıl 3 turu qələbəsiz başa vuran bakılılar doğma azarkeşlər önündə uğursuz seriyanı qırmağa çalışacaq. Zaur Svanadzenin yetirmələri bunu bacarsa, əyalət klubunun məğlubiyyətsizliyinə son qoyacaq. 14 matçdı uduzmayan Qurban Qurbanovun yetirmələri zirvədəki mövqeyini qorumaq üçün qalib gəlməlidi.

Turun ikinci günündə 2 qarşılaşma baş tutacaq. "Qarabağ"ın büdrəməsini gözləyən "Zirə" "Kəpəz"i sınağa çəkəcək. İlk qələbəsini ötən tur əldə edən Gəncə klubu paytaxtdan da xalla dönmək əzmindədi. Şahin Diniyevin komandası son pillədən qurtulmaq üçün mütləq səfərdən məğlubiyyətsiz ayrılmalıdı. Meydan sahibləri isə məğlubiyyətsizliyini sürdürmək əzmindədi. Ayxan Abbasovun yetirmələri liderin büdrəməsini və zirvəyə yüksəlmək şansını gözləyir.

Turnir cədvəlinin qonşuları "Qəbələ" və "Sumqayıt" isə sonuncuların meydanında qarşılaşacaq. Samir Abbasovun yetirmələri ardıcıl 5 matçda top vurduğundan, qəbələlilər isə bu rəqiblə bütün görüşlərdə fərqləndiyindən azarkeşləri qollu qarşılaşmaya şahidlik edə bilər. Son qarşılaşmalarda qapısında qol görən Roman Qriqorçukun yetirmələri xoşagəlməz seriyanı dayandırmaq üçün mübarizə aparıb, ötən turdakı məğlubiyyəti unutdurmalıdı.

Tura paytaxt derbisi ilə yekun vurulacaq. Tərlan Əhmədovun baş məşqçi postuna gətirilməsindən sonra meydanı qolsuz tərk etməyən "Neftçi" "Səbail"lə görüşəcək. İlk dövrədə uduzan "ağ-qaralar" Samir Əliyevin yetirmələrini yenməklə rəqibini turnir cədvəlində də keçə bilər. Debütant isə autsayderlərdən uzaqlaşmaq üçün xal hesabını artırmalıdı.

Azərbaycan Premyer Liqası

VIII tur
13 oktyabr (cümə)


15:30. "İnter" - "Qarabağ"
"İnter Arena"

14 oktyabr (şənbə)

16:00. "Zirə" - "Kəpəz"
Zirə İdman Kompleksinin stadionu
 

18:00. "Sumqayıt" - "Qəbələ"
Sumqayıt. Şəhər stadionu

15 oktyabr (bazar)

18:30. "Səbail" - "Neftçi"
"Dalğa Arena"

1.

Qarabağ

6

5

1

0

12-3

16

2.

Zirə

7

4

3

0

12-5

15

3.

Qəbələ

7

4

1

2

10-8

13

4.

Sumqayıt

7

3

1

3

8-10

10

5.

İnter

7

2

2

3

7-9

8

6

Səbail

6

2

0

4

4-8

6

7.

Neftçi

7

1

1

5

5-9

4

8.

Kəpəz

7

1

1

5

5-11

4

Bombardir: Mahir Mədətov ("Qarabağ") - 5.

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli