• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


Tarif şurasından növbəti açıqlama: Dizel yanacağının qiyməti...

http://cdn.axar.az/2017/07/15/benzin.jpg

Azərbaycanın Tarif şurasının (qiymət) gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur.

Trend-in məlumatına görə, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib.

"Hazırda Tarif şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının tariflərinin, dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur".

O həmçinin qeyd edib ki, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib: "Strukturlar tərəfindən müraciət daxil olduqda, məsələ dərhal müzakirəyə çıxarılmır. İlk olaraq ciddi təhlil aparılır, və yalnız bundan sonra məsələ müzakirəyə çıxarılır, nəticədə Şura tariflərin dəyişib-dəyişməmək haqda qərar qəbul edir. Yanacağın tarifləri sonuncu dəfə 2013-ci ildə dəyişdirlib, amma bu o demək deyil ki, ötən dörd il ərzində tariflərin dəyişdirilməsi üçün bizə müraciət olunmayıb. Sadəcə, bu günə qədər bu addım məqsədəuyğun hesab edilmirdi".
Oxunma sayı:13

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası