• 12:31 – Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi 
  • 11:21 – Taliban hücum etdi: 70 kənd sakini oğurlandı, 7 ölü 
  • 10:11 – Konstitusiya Məhkəməsi açıq iclas keçirdi - Qərar 
  • 09:02 – Xalq artistinə ağır itki üz verdi 


"Qarabağ"ın rəqibi bəlli oldu: Yeni tarixə doğru

http://cdn.axar.az/2017/04/24/qarabag.jpg
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

“Paralel.az” xəbər verir ki. APA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə növbəti raundun 15 cütü bəlli olub.

Püşkatma iki hissədə keçirilib. Çempionlar yolunda II təsnifat mərhələsinin 17 cütü və mübarizəyə yeni qoşulacaq 3 komanda çıxış edəcək. Onlar 10 cütlük təşkil edib.

Tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib. II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan Ağdam təmsilçisinin yer aldığı cütün rəqibi “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) ilə qarşılaşacaq. Bu cütdə ilk görüş Azərbaycan və Gürcüstan çempionlarının qalibinin meydanında keçiriləcək.

“Şerif” Albaniya təmsilçisi ilə ilk qarşılaşmada qalib gəlib. Belə ki, Moidovadakı matçda meydan sahibləri 1:0 hesabına sevinib.
Oxunma sayı:8

Xəbər Lenti
Paralel TV
Yazarlar








  • Müsahibə
  • Araşdırma
  • Münasibət

Saytın köhnə versiyası