Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Valverde: "Messi dünya tarixində ən vacib futbolçulardan biridir"

  14
19:35 13-09-2017
Şriftin ölçüsünü dəyiş  

"Barcelona"nın baş məşqçisi Ernesto Valverde "Juventus"la oyunda dubla imza atan Lionel Messi haqqında xoş sözlər söyləyib.

Paralel.Az goal.az-a istinadən xəbər verir ki, ispan mütəxəsis "qoca senyora" üzərində inamlı qələbəni belə şərh edib:

"Mənim elə hissim var ki, top Messiyə gələndə nəsə olacaq. Bu da komanda üçün yaxşı bir şey olur. O, istənilən vəziyyətdən fərqlənə bilir. Messi dünya tarixində ən vacib futbolçulardan biridir. Buna görə onun haqqında yüksək tonda danışmaq normaldır. "Juventus" Çempionlar Liqasında son finalçıdır. turnirə qələbə ilə başlamaq əladır. Bu oyun bizdən səbr tələb edirdi. Turin klubu güclü rəqibdir. Yaxşı oynadıq və vacib qalibiyyət əldə etdik. Komanda tədricən artırır. Nə istədiyimizi bilirik. La Liqa daxil olmaqla 3 oyundur qalib gəlirik. Bu, özünəinam üçün yaxşıdır".

Paralel.Az

Digər maraqlı xəbərlər Paralel.Az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli