Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rəşad Sadiqov: "Tərlan Əhmədov komandaya tam fərqli ab-hava gətirib"

  9
17:30 13-09-2017
Şriftin ölçüsünü dəyiş  

"Neftçi"nin yeni transferi Rəşad Sadiqov klub kanalına danışıb.

Paralel.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bunları deyib:

"Doğma hisslərdir. Üçüncü dəfədir komandaya qayıdıram. 7 il burada oynamışam. Az müddət deyil. Klub üçün canımı qoymuşam. Bu komanda ilə ilk dəfə Avropa Liqasının qrupuna düşmüşəm, o sevinci yaşamışıq. Əlimizdən gələni edəcəyik ki, yenə qruplara düşək, Avroliqa həyəcanını yaşayaq. Həm yerli, həm də xarici futbolçunun borcudur ki, "Neftçi"nin, flaqmanın adını daşıyırsa, komandanı yüksəklərə qaldırsın. Əvvəllər bilmirdim, amma indi ab-hava tam başqadır. Hamı bir-biri ilə qardaş kimidir. Legioner və yerli futbolçuların münasibətlərini də nəzərdə tuturam. Tərlan Əhmədov komandaya tam fərqli, kollektivçilik ab-havası gətirib. Çalışacağıq ki, yaxşı nəticələr göstərək".

Qeyd edək ki, Rəşad Sadiqov 2003 - 2004, 2005 - 2008 və 2012 - 2014-cü illərdə "Neftçi"də çıxış edib.

Paralel.Az

Digər maraqlı xəbərlər Paralel.Az-ın Facebook səhifəsində

Yazarlar

Tapdıq Abbas

Tahir Abbas

Yusif Seyid

Mahir Abbaszadə

Röyal Əsədli

Şahnaz Salehqızı

Akif Nəsirli